Əvəzlik — isim, sifət, say və digər nitq hissələri yerində işlənən sözlərə əvəzlik deyilir.Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur, şəxsə görə üç növə bölünür:
- I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
- II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
- III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn:
- Qoyun ev heyvanıdır. O, ildə bir. bəzən də iki bala verir.
- Yaqut qiymətli daşdır O, Bədəxşanda olur. Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir
Комментариев нет:
Отправить комментарий