вторник, 26 апреля 2016 г.

Feil

Feil — Ümumi qrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir[1]. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?" "nə etdi?" "nə etmişdir?" "nə edir?" "nə edəcək?" "nə edər?" və s. suallarına cavab olur; şəxsə və kəmiyyətə görə dəyişir; təsdiq və inkar, təsirli və təsirsiz olur

Feilin quruluşca növləria

  1. Sadə feilər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan fellərə sadə feilər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
  2. Düzəltmə feilər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan fellər düzəltmə Feilər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s.
  3. Mürəkkəb və tərkibi feilər: İki sözün birləşməsindən əmələ gələn Feilər mürəkkəb Feilər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Fel xəbər keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir.Keçmiş zaman hərəkətin 
keçmişdə baş verdiyini bildirir.
  • I al-dı-m al-dı-q gəl-di-m gəl-di-k
  • II al-dı-n al-dı-nız gəl-di-n gəl-di-niz
  • III al-dı al-dı-lar gəl-di gəl-di-lər
  • 2. İndiki zaman: İndiki zaman hərəkətin söhbət gedən vaxtda icra edildiyini bildirir.İndiki zaman felləri şəxsə görə dəyişir.
  • I mən gəl-ir-əm biz gəl-ir-ik 
  • II sən gəl-ir-sən siz gəl-ir-siniz 
  • III o gəl-ir onlar gəl-ir-lər
  • 3.Gələcək zaman-hərəkətin gələcəkdə baş verdiyini bildirir. 
  • I al-acağ-am al-acağ-ıq
  • II al-acaq-san al-acaq-sınız 
  • III al-acaq al-acaq-lar 

Комментариев нет:

Отправить комментарий