вторник, 26 апреля 2016 г.

isim


İsim — əşyanın adını bildirən əsas nitq hissəsinə deyilir. Kim?, nə?, hara? suallarından birinə cavab verir.İsmin cümlədə əsas rolu mübtəda və tamamlıq olmaqdır. isim cümlədə xəbərzərfliktəyin rolunda da ola bilir.İsmin quruluşca 3 növü var.Sadə isimlər düzəltmə isimlər mürəkkəb isimlər.
Sadə isimlər bir kökdən ibarət olur.
Düzəltmə isimlər söz düzəldici (leksik) şəkilçilər vasitəsi ilə düzəlir.
Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir.
Əşyaların adlandırma qaydasına görə isimlər iki cür olur.ümumi və xüsusi.
Ümumi isimlər eyni cinsli əşyaların hamısına birlikdə verilən adlardır. Dünyada nəqədər müxtəlif ağac növü var. Ancaq bunların hamısında ümumi cəhət var, hamısı ağacdır. Ona görə ağac sözü bunlara verilən ümumi addır, ümumi isimdir.
Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir.
İsim
  • Adlıq hal
  • Yiyəlik hal
  • Yönlük hal
  • Təsirlik hal
  • Yerlik hal
  • Çıxışlıq hal

Комментариев нет:

Отправить комментарий