вторник, 26 апреля 2016 г.

Feil

Feil — Ümumi qrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir[1]. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?" "nə etdi?" "nə etmişdir?" "nə edir?" "nə edəcək?" "nə edər?" və s. suallarına cavab olur; şəxsə və kəmiyyətə görə dəyişir; təsdiq və inkar, təsirli və təsirsiz olur

Feilin quruluşca növləria

  1. Sadə feilər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan fellərə sadə feilər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
  2. Düzəltmə feilər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan fellər düzəltmə Feilər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s.
  3. Mürəkkəb və tərkibi feilər: İki sözün birləşməsindən əmələ gələn Feilər mürəkkəb Feilər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Fel xəbər keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir.Keçmiş zaman hərəkətin 
keçmişdə baş verdiyini bildirir.
  • I al-dı-m al-dı-q gəl-di-m gəl-di-k
  • II al-dı-n al-dı-nız gəl-di-n gəl-di-niz
  • III al-dı al-dı-lar gəl-di gəl-di-lər
  • 2. İndiki zaman: İndiki zaman hərəkətin söhbət gedən vaxtda icra edildiyini bildirir.İndiki zaman felləri şəxsə görə dəyişir.
  • I mən gəl-ir-əm biz gəl-ir-ik 
  • II sən gəl-ir-sən siz gəl-ir-siniz 
  • III o gəl-ir onlar gəl-ir-lər
  • 3.Gələcək zaman-hərəkətin gələcəkdə baş verdiyini bildirir. 
  • I al-acağ-am al-acağ-ıq
  • II al-acaq-san al-acaq-sınız 
  • III al-acaq al-acaq-lar 

Əvəzlik

Əvəzlik — isim, sifət, say və digər nitq hissələri yerində işlənən sözlərə əvəzlik deyilir.Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.

Şəxs əvəzlikləri

İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur, şəxsə görə üç növə bölünür:
I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn:
Qoyun ev heyvanıdır. O, ildə bir. bəzən də iki bala verir.
Yaqut qiymətli daşdır O, Bədəxşanda olur.
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir

say

Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi.
"Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.Sayın aşagıdakı məna növləri var
1.Müəyyən miqdar sayları
2.Qüyri müəyyən miqdar sayları
3.Sıra sayları
Müəyyən miqdar- sayları əşyanın konkret miqdarını bildirir və "neçə?", "nə qədər?" suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz üç, yüz on və sSıra sayları əşyanın sırasını bildirir və "neçənci?" sualına cavab verir.
 Sıra sayları- müəyyən miqdar saylarına -ıncı
4 şəkilçisini artırmaqla düzəlir: altmışıncı, səksəninci, doqquzuncu, dördüncü.

Sifət

Sifət — ümumi qrammatik mənasına görə əşyanın əlamətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir.Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir.Sifət quruluşca sadə düzəltmə və mürəkkəb olur. Sadə sifətlər bir kökdən ibarət olur

isim


İsim — əşyanın adını bildirən əsas nitq hissəsinə deyilir. Kim?, nə?, hara? suallarından birinə cavab verir.İsmin cümlədə əsas rolu mübtəda və tamamlıq olmaqdır. isim cümlədə xəbərzərfliktəyin rolunda da ola bilir.İsmin quruluşca 3 növü var.Sadə isimlər düzəltmə isimlər mürəkkəb isimlər.
Sadə isimlər bir kökdən ibarət olur.
Düzəltmə isimlər söz düzəldici (leksik) şəkilçilər vasitəsi ilə düzəlir.
Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir.
Əşyaların adlandırma qaydasına görə isimlər iki cür olur.ümumi və xüsusi.
Ümumi isimlər eyni cinsli əşyaların hamısına birlikdə verilən adlardır. Dünyada nəqədər müxtəlif ağac növü var. Ancaq bunların hamısında ümumi cəhət var, hamısı ağacdır. Ona görə ağac sözü bunlara verilən ümumi addır, ümumi isimdir.
Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir.
İsim
  • Adlıq hal
  • Yiyəlik hal
  • Yönlük hal
  • Təsirlik hal
  • Yerlik hal
  • Çıxışlıq hal

Nitq nissələri

Mən nitq hissəsiyəm.Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır.Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir. 
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar  yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi  nitq hissəsi sayılır.